Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Rusiyada 1 000-ə yaxın insan koronavirusa yoluxdu-Bir gündə

 

Rusiyada koronavirusa yoluxma və ölüm halları artıb.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, son sutka 954 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Yeni yoluxmalar Rusiyanın 49 bölgəsində qeydə alınıb. Beləliklə, ölkədə yoluxanları 6 343 nəfərə çatıb.

Bildirilir ki, virus qurbanlarının sayı da 2 nəfər artaraq 47-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 274 000-i ötüb. Bunların 264 838 nəfəri sağalıb, 69 480 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam