Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İraqda - terror aktları törədildi, ölənlər və yaralananlar var

İraqın şimalında iki terror aktı törədilib.

Yenixeber.org: Hər iki hadisə Kərkükdə olub.

Məlumata görə, hərbi patrulun getdiyi yolda qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində üç hərbi qulluqçu həlak olub, daha iki nəfər yaralanıb. Bildirilir ki, partlayıcı qurğu şəhərin şimal-qərbində, Dibis adlı ərazidə hərbi patrulun getdiyi yola qoyulub.

Terror aktının İŞİD silahlıları tərəfindən törədildiyi ehtimal edilir. Bölgədə terrorçuların müəyyənləşdirilməsi üzrə əməliyyat keçirilib.

Kərkuk şəhərində ikinci terror aktı isə minalanmış avtomobilin partladılması ilə törədilib. Kərkükün polis rəisi Əli Kemal bildirib ki, partlayış Xadra ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ağır yaralanıb.

Şəhərin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam