Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Karantin rejimində vətəndaşların- icazə ilə evdən çıxması...

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, yayılan məlumatlar rəsmi deyil.

"Belə bir sənəd qəbul olunmayıb", - deyə İ.Məmmədov vurğulayıb.

Qeyd edək ki, xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzürlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında məlumatlar yayılıb.

Məlumatlarda vətəndaşlar tərəfindən icazə almaq məqsədilə 803 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsi və 1,2,3,4 rəqəmlərindən biri daxil edilməklə SMS məlumat göndərilməsi qeyd olunub. Bildirilib ki, vətəndaşlar təsdiq aldıqdan sonra yaşayış yerinizi tərk edə bilər və əks halda isə inzibati məsuliyyətə cəlb olunacaqlar.

Həmçinin yayılan məlumatlarda təxirəsalınmaz tibbi tədbirlər üçün cəmi 2 saat, ərzaq, tibbi avadanlıq, dava-dərman, bank və poçt xidmətləri üçün gündə 1 dəfə cəmi 2 saat, qohumun dəfni ilə əlaqədar 5 saat, açıq havada gəzmək üçün yaşayış yerindən 200 metr uzaq olmadan gündə 30 dəqiqə  müddətin müəyyənləşdirildiyi qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam