Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Vaxtı bitən ödəniş kartlarının- istifadə müddəti artırılır

Vaxtı bitən ödəniş kartlarının istifadə müddəti artırılır
Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb. ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılır.
Yenixeber.org: Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) bəyanatına istinadən xəbər verir.

Bəyanatda deyilir ki, istifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.

Qeyd edək ki, ABA bu bəyanatla ölkə rəhbərliyi tərəfindən Azərbaycanda əhalinin sağlamlığının qorunmasının priortet vəzifə elan edilməsini, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq və uyğun olaraq bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq çıxış edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam