Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Moldova da Qarabağdakı "seçkiləri" qanunsuz sayır

 

 Moldova hökuməti martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma "prezident və parlament seçkilərini" qanunsuz sayır.
Yenixeber.org: Bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionunun xüsusi statusunun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq Moldova Respublikası bu qondarma seçkiləri tanımır.

Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam