Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezident: "Yoluxma sayında dinamikanın səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir"

"Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər".

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsus ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılan addımlara baxmayaraq, dinamika artır və bunun ən səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Azərbaycan dövləti bu koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə ölkədə vəziyyət daha əlverişlidir:

"Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam