Redaktor seçimi
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri-
Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+
Günün xəbəri

Polis karantin rejimi ilə bağlı əhaliyə xəbərdarlıq edir - Fotolar

Polis  karantin rejimi ilə bağlı əhaliyə xəbərdarlıq edir - Fotolar

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirlərinin tam yerinə yetirilməsi üçün paytaxtda üzərimizə düşən bütün vəzifələr icra olunmaqdadır.

 

Yenixeber.org: Bu məqsədilə paytaxtda koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlar tərəfimizdən müəyyən olunduqda profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi müəyyən olunduqda onlar da tövsiyələrə uyğun olaraq, vəziyyət onlara izah olunmaqla toplaşdıqları yerdən uzaqlaşdırılır. 

Yalnız bir halda qadağalara məhəl qoyulmadıqda qanunvericliyə uyğun olaraq, tədbirlər görüləcəkdir. Xüsusi təyinatlı avtomobillər vasitəsilə bütün küçə və prospektlərdə, məlhəllədaxilli yollarda əhaliyə xəbərdarlıqlar edilir. 

Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar.  Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, qərarların anlayışla qarşılanmasını, tələb və tövsiyələr əməl etməyi xahiş edirik. 

 

Polis  karantin rejimi ilə bağlı əhaliyə xəbərdarlıq edir - Fotolar
Polis  karantin rejimi ilə bağlı əhaliyə xəbərdarlıq edir - Fotolar
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}