Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

“Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib” - Polkovnik

“Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib” - Polkovnik
Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərsə də, ordumuzun ön xətdəki bölmələri tərəfindən layiqincə cavabını alıb.
Yenixeber.org: Son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, hadisələr Azərbaycan Ordusunun döyüş növbəsində ayıq-sayıq dayandığını, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə almağa hazır olduğunu bir daha nümayiş etdirir.

Polkovnik bildirib ki, Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclüdür və bunu beynəlxalq hərbi ekspertlərin tərtib etdiyi reytinq siyahıları da sübut edir:

"Ermənistanda son zamanlar baş verən siyasi və hərbi hadisələri izləyərkən görünür ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir. Bu ölkədə iqtisadi problemlər getdikcə dərinləşməkdədir. Ermənistan ordusuna gəlincə deməliyəm ki, hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir".

Əzizağa Qəni-zadə qeyd edib ki, Ermənistanda koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxması təhlükəsi artmaqdadır:

"Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, ciddi böhran kimi dəyərləndirir, eyni zamanda Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər bu imtahandan hakimiyyət çıxa bilməsə, erməni əhalini ciddi sınaqlar gözləyir. Hadisələrin gedişi göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil. Ermənistanda vəziyyətin mürəkkəbliyini baş nazir də dərk edir. Ona görə təmas xəttində təxribat cəhdi Ermənistanın ağır günlərində yerli əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmağa hesablanıb. Hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib və bu “ballastdan” azad olmayınca, işğal edilmiş əraziləri tərk etməyincə, bir sözlə, Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq".
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}