Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Baş həkim Lerikdə koronavirusla bağlı son durumdan -DANIŞDI

“Hazırda Lerik rayonu ərazisində maarifləndirmə işləri həyata keçirilir. Yaşlı insanlara Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı qaydaları izah edirik. Çünki bəzi yaşlı insanlar ümumi vəziyyətlə tanış deyil. Hələ ki, çətinliklə qarşılaşmamışıq”.

 

Yenixeber.org: Bu fikirləri Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev 65 yaşdan yuxarı insanların evdən çölə çıxmasına qoyulan qadağadan danışarkən deyib.

 

Baş həkimin sözlərinə görə, yaşlı insanlar məsləhətləri hörmətlə qarşılayır:

 

“Ərazilərə göndərdiyimiz insanlarla mütəmadi olaraq telefon əlaqəsi yaradırıq. Əgər kimsə özünü narahat hiss edirsə, dərhal onlardan analiz götürüb laboratoriyaya göndəririk. İşlərimizi operativ qurmuşuq. Hətta Lerik xəstəxanasında 65 yaşdan yuxarı olan həkimlərimizi evə buraxmışıq. Evdə qalmalarını məsləhət görürük”.

 

Mübariz Ağayev əlavə olaraq xaricdən gələn vətəndaşlarımızda koronavirus aşkarlanmadığını da söyləyib:

 

“Məlumat üçün deyim ki, “Relax” istirahət mərkəzində xarici ölkədən gələn 65 nəfər vətəndaşımız var. Onların heç birində koronavirus aşkarlanamayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam