Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Koronavirusla bağlı SON STATİSTİKA - ABŞ anti-rekord qırdı

Mozambik, Dominika, Qrenada və Suriyada da ilk koronavirusa (COVID-19) yoluxma halı baş verib. 

 

Yenixeber.org: Bu ölkələrin hər birində 1 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da pandemiyanın yayıldığı ölkələrin sayı 192-yə yüksəlib. 

 

worldometers.info-nun statistik məlumatlarına əsasən, ötən gün dünyada 31,039 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, dünyada virusa yoluxanların ümumi sayı 336,075 nəfər olub. Virusa yoluxan 97,636 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 223,826 şəxs müalicə alır.

 

Ötən sutka ərzində 1 600 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 14 613 nəfərə çatıb.


Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (8,576), İtaliya (5,560), İspaniya (3,107), Almaniya (2,509), Fransa (1,559) və İran (1,028) olub.

 

Ötən gün ən çox ölüm isə İtaliya (651), İspaniya (375), İran (129), ABŞ (114) və Fransada (112) baş verib.

 

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (5.476), Çin (3,261), İspaniya (1.756) və İrandır (1,685).

 

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,054) qeydə alınıb. İtaliya (59,138) ikinci, ABŞ isə (32,356) üçüncü sırada qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam