Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından Prezidentin təşəbbüsünə dəstək-Qərar verildi

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası COVİD 19 virusu ilə mübarizəyə qoşulur

Yenixeber.org: Dünən- 21 mart 2020-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Elmi Şuranın onlayn rejimdə iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, o cümlədən Akademiyada tədrisin onlayn və oflayn rejimlərdə təşkil edilməsi, tələbə və professor-müəllim heyətinin sağlamlığının qorunması məqsədilə nəzərdə tutulmuş işlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Elmi Şuranın qərarına müvafiq olaraq, ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Akademiyanın hesabından 50 min manat vəsait köçürüləcəkdir.

Qeyd edək ki, 2020-ci ilin mart ayının əvvəlindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra işlər görmüşdür, o cümlədən:

- Akademiyanın bütün ərazisi, o cümlədən dərs otaqları, idman zalları, akt zalı, laboratoriya və s. dezinfeksiya edilmişdir;

- Akademiyanın tələbələri, professor-müəllim və inzibati heyəti arasında maarifləndirmə işləri aparılmışdır;

- Akademiyanın tələbələri və əməkdaşları üçün qaynar xətt istifadəyə verilmişdir;

- Əməkdaşların distant şəkildə çalışması üçün şərait yaradılmışdır;

- Tədrisi ingilis dilində aparılan magistratura proqramlarında onlayn dərslər təşkil edilmişdir, Azərbaycan və rus dillərində tədrisi aparılan bakalavr və magistratura ixtisaslarında isə onlayn dərslərin təşkili istiqamətində müvafiq işlər aparılır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyanın Elmi Şurası Azərbaycan Prezidentinin yeni növ virusla mübarizədə atdığı ardıcıl addımları tam dəstəkləyir və bu mübarizədə hər bir vətəndaşı öz sosial məsuliyyətini dərk etməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam