Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ÜST-nin baş katibi - Azərbaycana təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqlı, Azərbaycan hökuməti və xalqına təşəkkürünü bildirib.

Yenixeber.org: ÜST-nin baş katibi bunu öz “Twitter” səhifəsində yazıb.

“Səfir Vaqif Sadıqlı, onun hökuməti və Azərbaycan xalqına koronavirusa reaksiya olaraq maliyyə dəstəyinə görə təşəkkür edirəm. ÜST həmrəyliyinizə görə minnətdardır. Birlikdə daha təhlükəsiz dünyaya doğru”, - o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycanda indiyədək 9 koronavirusa yoluxma halı təsdiqlənib

Ümumiyyətlə, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 630 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam