Redaktor seçimi
Baba Rzayevin “Azərişıq”dakı “silinməz izləri”-
Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub?-
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...-
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində nə baş verir? –
DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu -
Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində çöküş yaratdı-
Gömrük generalı İsmayıl Hüseynov casusların himayəçisidir? – 
“Kodak” hara, dərman istehsalı hara?-
Günün xəbəri

Spirt və maskaların satışına- nəzarət gücləndirildi

Spirt və maskaların satışına nəzarət gücləndirildi
Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir çox ölkələrdə tibbi maskaların qıtlığı yaşanır.
Yenixeber.org: Azərbaycanda bununla bağlı İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrup və nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıblar. Araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir.

Bu barədə cavab olaraq İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlikdə sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib:

“Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır.

İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}