Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Qonşu ölkədə koronavirusa yoluxanların sayı artdı

 

 

Rusiyada daha bir nəfərdə koronavirus aşkarlanıb.

Yenixeber.org: “Interfax” xəbər verir ki, yoluxan şəxs İtaliya vətəndaşıdır.

O, ölkəyə fevralın 29-da gəlib. Martın 2-də isə kəskin respirator virus infeksiyası simptomlarına görə həkimə müraciət edib. Xəstənin hansı şəhərdə olması barədə məlumat verilmir.

Bu da Rusiyada koronavirusa yoluxma faktının qeydə alındığı 7-ci haldır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 203-ə çatıb. Bunların53 707 nəfəri sağalıb, 3 303 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam