Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Xaçaturov - aprel döyüşləri ilə bağlı dindiriləcək

Xaçaturov aprel döyüşləri ilə bağlı dindiriləcək
Ermənistan parlamentində 2016-cı ilin aprel döyüşləri ilə bağlı yaradılmış komissiyada Baş Qərargahın o vaxtkı rəhbəri, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov dindiriləcək.
Yenixeber.org: Bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, Xaçaturovun nə vaxt sorğu-sual edilməsi barədə parlamentin bu həftə keçirilən növbəti dörd günlük iclasından sonra qərar veriləcək.

Aprel döyüşləri üzrə komissiyanın əvvəlki iclasında sabiq müdafiə naziri Seyran Ohanyan dindirilib.

Hazırda komissiya üzvləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin “müdafiə ordusunun keçmiş komandanı” Levon Mnatsakanyanın komissiyaya dəvət olunmasını müzakirə edirlər.

Xatırladaq ki, komissiya 2019-cu ilin may ayında baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə yaradılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam