Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Papa da koronavirus tutub?

Papa da koronavirus tutub?

Roma Papası Fransisk artıq dördüncü gündür ki, bütün görüşlərini və qəbullarını təxirə salır.

Yenixeber.org: Koronavirusun ən çox yayıldığı ölkə olan İtaliyada katoliklərin liderinin "özünü pis hiss edərək" bütün proqramını təxirə salması onun həmin virusa yoluxa biləcəyinə dair narahatlıqları artırıb. Belə ki, bir neçə gün əvvəl Papa kütləvi ayin zamanı dindarlarla görüşüb, onların əlini sıxıb, yanaqlarından öpüb. Bu zaman toplaşanların arasında maskalı adamların olduğu gözə dəyib.

Fevralın 27-də Vatikan elan edib ki, Papa özünü "bir az nasaz" hiss edir və rəsmi görüşlərini, tədbirlərini təxirə salır. Bundan əvvəl Papanın tez-tez asqırdığı və öskürdüyü, alnının tərini sildiyi görünüb. Onun "bir balaca soyuqladığı" bildirilib, lakin sonrakı günlərdə də 83 yaşlı Papa görünməyib, onun proqramı təxirə salınıb. Vatikan isə onun səhhəti barədə susur.

İtaliyada koronavirusa yoluxanların sayı minə yaxınlaşır, azı 26 nəfərin öldüyü açıqlanıb.

"Assosiated press" qeyd edir ki, pontifik katolik kilsəsinə rəhbərlik etdiyi müddət ərzində ilk dəfədir bu cür uzun müddətə görünmür. Hələ uşaq yaşlarında keçirdiyi xəstəlik nətiəsində ağ ciyərinin bir hissəsini itirən Fransisk Vatikandaı Santa-Marta iqamətgahındadır və dünən fevralın 29-da onun bəzi qəbullar keçirdiyi, lakin kütləvi ibadətlərdə iştirakını təxirə salmaqda davam etdiyi bildirilir. Vatikan Papanın koronavirus testindən keçib-keçmədiyi haqda şərh vermir./ virtualaz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam