Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı -YENİLƏNİB

  

MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

Yenixeber.org:   Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

Sonda həmin dairənin 1 seçki (6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qəbul edilib.


*** 16:12

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Toplantıda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,

74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,

35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,

33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam