Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Zaqatalada evdən oğurluq edən dəstə üzvləri saxlanılıb -Foto

 

 

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə yenixeber.org-a məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən təxminən 2000 manat dəyərində qzıl-zinət əşyalarının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili “yardımçı” olublar. Belə ki, Ş.Hacıyeva ev sahiblarinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt biryerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürdüyü, bundan sonra onların həmin evə qanunsuz daxil olduqları məlum olub. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam