Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qarabağın azərbaycanlı icması erməni seçicilərlə bağlı bəyanat yaydı–Mətn

 

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni icmasının seçicilərinə müraciət edib. 

Yenixeber.org: Müraciətdə fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəyi bildirilib:

“Ölkəmizin seçki hüququna malik bütün vətəndaşları üçün Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun şəkildə səsvermədə öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaradılıb. Hər bir namizəd Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun yaranmış bərabər imkanlardan istifadə edərək öz təbliğat kampaniyasını aparır. Sosial media üzərindən hər bir namizədin apardığı kampaniyanı dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.

“Təəssüflər olsun ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarmızı işğal etməsi, azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqla yanaşı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni sakinlərini sözügedən seçkilərdə səsvermə hüququnu birbaşa həyata keçirmək imkanından məhrum edib. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 7 seçki dairəsinin ərazisi tamamilə, 3 seçki dairəsinin ərazisinin isə bir hissəsi işğal altındadır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz, işğal altında olan Xankəndi və Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairələrinə mənsub olan erməni seçicilərə müraciət edərək, onları Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müvafiq dairələrdə qeydiyyatdan keçmiş namizədlər arasından seçim etməyə və deputatlığa namizəd olan şəxslərlə bağlı öz münasibətlərini bildirməyə çağırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam