Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanda yeni seçki məntəqələri yaradılıb -SİYAHI

Milli Məclisə seçkilərlə əlaqədar məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının (DSK) tərkibində yeni seçki məntəqələri yaradılıb.

Yenixeber.org: 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin tərkibində yeni 57 saylı (Abşeron rayonunda Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında), 58 saylı (Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində, Zəngilan rayon 20 nömrəli tam orta məktəbin binasında), 59 saylı (Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yeni salınmış şəhərcikdə, Şuşa şəhəri 7 nömrəli tam orta məktəbin binasında) seçki məntəqələri yaradılıb.

Eyni zamanda, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yeni 78 saylı (Sumqayıt şəhər 12-ci mikrorayon məcburi köçkün şəhəriciyinin xeyir-şər evinin binasında) və 77 saylı (Abşeron rayonunda, Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında) yeni seçki məntəqləri yaradılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam