Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Koronavirus haqqında bildiyimiz -2 BÖYÜK YALAN

 

 

Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayından etibarən Çində ortaya çıxan koronavirus (2019-nCoV) səbəbilə ölənlərin sayı artmaqdadır.
Yenixeber.org: Bugünə (01.02.2020) olan son məlumata görə Çində 11 min 860 nəfər olmaqla, dünyanın 20-yə yaxın ölkəsində ümumilikdə 12 min 22 nəfər koronavirusa yoluxub. Çində bu xəstəliyə yoluxanların 259-u həyatını itirib.
Koronavirusun sürətlə yayılmasını nəzərə alan dövlətlər bir sıra önləyici tədbirlər görməyə çalışırlar. Görülən tədbirlərin başında isə Çindən gələn məhsulların ölkəyə buraxılmaması dayanır. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlardan belə görünür ki, bənzər tədbirlər Azərbaycanın müvafiq qurumları tərəfindən də həyata keçirilir. Çindən sifariş olunan poçt bağlamalarının alınmasında maneələrin oduğu bildirilir.
Məsələ ilə bağlı mətbuatda rusiyalı mütəxəssislərin maraqlı fikirləri yer alıb. Bildirilir ki, koronavirus insan bədənindən kənarda uzun müddət yaşaya bilmir. Bu səbəbdən də virusun poçt vasitəsilə uzaq məsafədən gələn əşyaların üzərində yaşaması ehtimalı olduqca azdır.
Mütəxəssislər daha sonra qeyd edirlər ki, koronavirusa yoluxan hər kəsin öləcəyi ilə bağlı səslənən fikirlər də yalandır. Rəsmi məlumatlar göstərir ki, koronavirusa yoluxan xəstələr arasında ölüm halı cəmi 4% təşkil edir. Halbuki, 2002-2003-cü illərdə yayılan SARS koronavirusunda ölüm halı bundan 2,5 dəfə çox - 10% olub. Açıqlanan son məlumatlar göstərir ki, xəstəliyə yoluxanların təxminən 17% -də xəstəlik ağır fəsadlara səbəb olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam