Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olundu –Rəsmi açıqlama

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib.

Yenixeber.org: Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır.

Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub. Bununla əlaqdar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür.

AQTA ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam