Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Naxçıvan Ali Məclisinə kimlər namizəd olub? – Sirr kimi seçki...

Naxçıvan Ali Məclisinə kimlər namizəd olub? – Sirr kimi seçki...

2020-ci il fevralın 9-da Azərbaycan Milli Məclisinə seçkilərlə paralel Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçiriləcək.

Yenixeber.org: Bu haqda MR-nın Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 9-da Sərəncam imzalayıb.

Milli Məclisə keçirilən seçkilərlə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının saytında namizədlərlə bağlı mütəmadi olaraq məlumatlar yerləşdirilir. Naxçıvan MR-da isə Ali Məclisə seçkiləri Naxçıvan Mərkəzi Seçki Komissiyası həyata keçirir. Maraqlıdır ki, Naxçıvan MSK-sının saytında (msk.nakhchivan.az) fevralın 9-da Ali Məclisə keçiriləcək seçilərlə bağlı bu günə qədər heç bir məlumat yerləşdirilməyib.

Nə Naxçıvan Ali Məclisinə namizədliyini irəli sürən şəxslər, nə də Naxçıvan MSK-sının iclasları haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə isə sayt ötən ilin avqustunda yenilənib.

Bildirək Naxçıvan Ali Məclisinin 45 üzvü olur və seçkilərdə 45 dairə üzrə seçki keçirilir.

Naxçıvan Ali Məclisinə kimlər namizəd olub? – Sirr kimi seçki...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam