Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SAXLANILAN ŞƏXSLƏR MƏSULİYYƏTƏ CƏLB OLUNDULAR-Qubada

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq, soyğunçuluq və dələduzluq əməlləri törədərək vətəndaşlara maddi ziyan vuran şəxslər saxlanılıb.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Kamran Heydərov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə məlum olub ki, K.Heydərov cari ilin dekabr ayının əvvəlində rayonun Barlı kəndi ərazisində Əvəz Məmmədova məxsus “Qaz 53” markalı yük avtomobilinin ehtiyat hissəsini oğurlayaraq Xaçmaz rayonu ərazisində metal qəbulu məntəqəsinə satıb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində taksi sürücüsünün etibarından istifadə edərək ona məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirən şəxs də saxlanılıb. Araşdırmalarla onun Xaçmaz rayon sakini Firdovsi Hacıqayıbov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs sürücüyə qarşı soyğunçuluq etdiyini etiraf edərək, əldə etdiyi mobil telefonu Bakı şəhərində satdığının bildirib.

Həmçinin keçirilmiş tədbirlərlə vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini Tural Quluzadə də saxlanılıb. Məlum olub ki, T.Quluzadə elan saytlarında qiyməti 1000 manatdan artıq olan mobil telefonu dəyərindən daha ucuz qiymətə – 700 manata satılması barədə elan yerləşdirmişdir. Daha sonra isə ona zəng edən alıcı ilə satış qiyməti barədə razılığa gələn T.Quluzadə, alıcıdan telefonu almaq üçün beh göndərməsini tələb edərək ona bank hesab nömrəsi tədqim etmiş, alıcı tərəfindən beh göndərildikdən sonra isə T.Quluzadə zərərçəkmişin telefon zənglərinə cavab verməyərək onunla əlaqəni kəsmişdir.

Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam