Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Baş onkoloq: "Dünyada hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır, 8.8 milyonu vəfat edir"

"Dünyada hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır".

Yenixeber.org: "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimli deyib.

O bildirib ki, hər il 8.8 milyon onkoloji xəstə dünyasını dəyişir: "2030-cu ilə qədər yeni xəstə sayının 24 milyona çatacağı bildirilir. Onkoloji xəstəliklərə düçar olanların sayı ölkəmizdə də ilbəil artır. Sayın artdığını deyib insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada qrafik göstəricilər yəni əhalinin sayı nəzərə alınmalıdır. 2018-ci ildə 9 milyon 960 minə yaxın əhali var idisə, qeydiyyata alınan onkoloji xəstələrin sayı 49 mindən çox idi. Bu elə də böyük rəqəm deyil".

Baş onkoloq qeyd edib ki, 2013-2018- ci illərdə 32 rayonda əhali arasında profilaktik baxış keçirilib: "Baxış nəticəsində 32289 nəfər müayinə olunub. 982 nəfərdə onkoloji xəstəlik aşkarlanıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam