Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Bu ölkə Macarıstana nota verdi-SƏBƏB

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri İştvan İydyartonu quruma çağıraraq nota təqdim edib.

Yenixeber.org: Bu barədə nazirliyin Feysbuk hesabında məlumat verilib. Notanın İydyartonun Ukraynadakı Macarıstan milli azlığının muxtariyyəti haqqında verdiyi bəyanat və Budapeştin Ukrayna-NATO komissiyasının fəaliyyətini əngəllədiyi yönündə səsləndirdiyi fikirlər səbəbiylə təqdim edildiyi qeyd olunur.

“Dekabrın 2-də Macarıstanın Ukraynadakı səfiri İştvan İydyarto Ukraynanın Xarici İşlər Nazirliyinə dəvət olundu. Ukraynadakı Macarıstan milli azlığının muxtariyyəti və Macarıstan tərəfinin Ukrayna-NATO komissiyasının fəaliyyətini əngəllədiyi ilə bağlı verdiyi açıqlamaların qəbuledilməzliyi haqqında deyildi. Etiraz notası verildi”, -deyə bəyanatda vurğulanıb.

Bu məqamda xatırladaq ki, bu ilin oktyabrında Macarıstan Xarici İşlər naziri Peter Siyyarto, ölkənin nümayəndələrinin NATO üzv ölkələrinin Ukraynadakı səfirlərinin ortaq bəyannaməsinə veto etdiyini söyləyib. Noyabrın sonlarında isə bir macar diplomat Budapeştin Ukrayna təhsil qanununa görə Ukrayna-NATO komissiyasına mane olmağa davam edəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam