Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vilayət Eyvazovdan yeni təyinatlar

 

 

Daxili İşlər Nazirliyində kadr islahatları davam edir.

Yenixeber.org: Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Rüstəm Cəfərov Beyləqan rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, Beyləqanın əvvəlki rəisi Rəşid Piriyev bu ilin oktyabr ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər bir əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam