Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hindistan hökuməti xarici şirkətləri müəssisələr açmaq üçün ölkəsinə dəvət edib

 

 

Hindistan hökuməti aralarında məşhur “Tesla” şirkətinin də olduğu 320-dən çox xarici şirkəti ölkədə müəssisələrini açmağa dəvət edib.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, elektron cihazlar, avtomobil və başqa geniş çeşiddə məhsul istehsalçılarına müraciət edən hökumət ABŞ-Çin ticarət qarşıdurmasını fürsət bilərək əcnəbi sahibkarları Hindistana cəlb etməyi, istehsal sahələrini artırmağı hədəfləyir.

Qeyd edək ki, ABŞ-la Çin arasında ilyarımdan artıqdır davam edən ticarət ixtilafı zamanı tərəflərin qarşılıqlı olaraq yüz milyonlarla dollar həcmində mallara tətbiq etdiyi əngəlləyici rüsumlar ucbatından bir çox şirkətlər öz fəaliyyətini Çindən qonşu ölkələrə keçirməyi üstün tutdular. Bu hadisələrdən faydalanmağı düşünən Hindistan tərəfi də ölkəyə daha çox xarici sərmayə gətirmək, ixracatı artırmaq üçün vergi dərəcələrini azaltmaq yolunu tutaraq əcnəbi şirkətlərə müvafiq infrastruktur olduğu ərazilər də verməyi nəzərdə tutur.

Bununla da Narendra Modi hökuməti 2025-ci ilədək ölkədəki ÜDM-i ikiqat artıraraq 5 trilyon dollara çatdıracağını düşünür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam