Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

Ermənilərin gözlədiyi güzəşt mesajı - GƏLİŞMƏ

Ermənilərin gözlədiyi güzəşt mesajı


Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) proqramında Stephen Sackurun qonağı olub.

Yenixeber.org: O, Ermənistanda hakimiyyət dəyişikliyi, islahatlar, daxili və xarici siyasət, Dağlıq Qarabağ və bir sıra digər məsələlər ətrafında suallara cavab verib. Dağlıq Qarabağ probleminin həlli məsələsində nazir deyib ki, Ermənistan Baş naziri davamlı olaraq Azərbaycandan güzəşt mesajı gözləyir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ermənilərin istədikləri o “güzəşt” mesajı bizim üçün torpaqların itirilməsi ilə nəticələnə bilər:

“Ermənilər deyir ki, biz 5 rayonu azad edərik, amma Azərbaycan da Dağlıq Qarabağda yaşayan ermənilərin bəri başdan referendum hüququnu tanısın. Bizsə, bu hüququ tanıya bilmərik. Çünki nə qədər Dağlıq Qarabağ Azərbaycana qayıtsa da, nisbət ermənilər xeyrinə olacaq və istənilən referendumda onlar öz rəhbərlərinin təsiri və təziqi ilə “müstəqilliyə” səs verəcəklər. Azərbaycan belə bir güzəştə heç vaxt getməz. Biz referendumun əleyhinə deyilik, amma orada sual necə qoyulacaq bunu müzakirə etməliyik. Bu da sonrakı mərhələdə müzakirə olunmalıdır. Ermənilər isə arabanı atdan qabağa gətirmək istəyirlər ki, bu da güzəşt yox, torpaqların biz tərəfindən itirilməsi anlamına gələr. Biz 5 rayonu qazana bilərik, amma bölgəni itirərik”. (Cebhe.info)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}