Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik - aradan qaldırılıb

“28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb. Artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərə xidmət göstərirlər.

Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı Metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar. Qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilmişdi.

“28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200 min nəfər sərnişin istifadə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam