Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Kür çayında suyun səviyyəsi - 18 santimetr artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla onun 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-70 faizini təşkil edir.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 77 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 43 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 78 faizinə bərabərdir.

Oktyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 santimetr artaraq 331 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 181 santimetr olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 114 santimetrə bərabər olub. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 155 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 santimetr azalaraq 30 santimetr olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam