Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prezident -iki sazişi təsdiqləyib

Prezident iki sazişi təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Yenixeber.org: Fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 2019-cu il iyunun 7-də Sankt-Peterburq şəhərində imzalanmış saziş təsdiq olunub. Bu fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək. Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərəcək.

Bundan başqa dövlət başçısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişini və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitar sahədə Anlaşma Memorandumunu təsdiq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam