Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

FHN:“Binə”də mağazalar 2500 kvadratmetr sahədə yanıb

FHN: “Binə”də mağazalar 2500 kvadratmetr sahədə yanıb
Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Yenixeber.org: FHN-in mətbuat xidmətindən bildirilib ki, oktyabrın 8-də saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Qaradağ rayonu, Binə bazarında yanğının baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb və “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 texnika, mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 texnika cəlb olunub.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazalar və içərisində olan mallar, təqribən 2500 kvadratmetr sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam