Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İran rusiyalı jurnalisti azad etməkdən imtina edir?-YENİLƏNİB

 

İran Xarici İşlər Nazirliyi, həbs olunmuş rusiyalı jurnalist Yulia Yuzikin yaxın vaxtlarda sərbəst buraxılacağı barədə məlumatı təsdiqləməyib.

Yenixeber.org: TASS bildirir ki, bu barədə Rusiyanın İslam Respublikasındakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, diplomatlar İran xarici siyasət idarəsindən rus xanım jurnalistlə görüş və ümumiyyətlə bu məsələ ilə bağlı müvafiq dəqiqləşdirmələr istəyiblər. "Yaxın vaxtlarda azadlığa buraxılmaqla bağlı məlumatı bizə təsdiqləmədilər",-deyə o vurğulayıb.

*   *   *12:42

Tehranda həbs olunan rusiyalı jurnalist Yuliya Yuzik yaxın vaxtlarda azad ediləcək.

 Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.

O bildirib ki, jurnalist Y.Yuzik “bəzi məsələlərin aydınlaşdırılması” üçün saxlanılıb.

Xatırladaq ki, sentyabrın 29-da Tehrana gələn rusiyalı jurnalist Y.Yuzikin pasportu Tehranın beynəlxalq hava limanında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əlindən alınıb. Ona bildiriblər ki, ölkəni tərk edəndə pasportu qaytarılacaq. Lakin oktyabrın 3-də Y.Yuzik Tehranın otellərinin birində həbs edilib. Rusiyanın İrandakı səfirliyi bildirib ki, Y.Yuzik pasportunun əlindən alınması haqqında səfirliyi məlumat versəydi həbsin qarşısını almaq olardı.

Qeyd edək ki, məsələ ilə əlaqədar İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.

Yeri gəlmişkən, jurnalisti İran İslam İnqilabının Küşikçiləri Korpusunun əməkdaşları həbs ediblər. Jurnalist İran əleyhinə casusluqda şübhəli bilinir.

Onu da qeyd edək ki, Yuzik "Komsomolskaya Pravda" qəzetinin redaksiyasında və "Rus Newsweek" jurnalında işləyib. 2003-cü ildən bəri ədəbi iş və jurnalist araşdırmaları ilə məşğuldur. 2003-cü ilin noyabr ayında onun Rusiyada özünü partladan terrorçu qadınların taleyindən bəhs edən "Allahın gəlinləri" adlı kitabı nəşr olunub. Kitab doqquz xarici ölkədə çap edilib. Sonra o, "Beslan lüğəti" kitabını yazıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam