Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İham Əliyev: Qarabağ -Azərbaycandır. Və nida işarəsi

 

İham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi

“Qarabağ – Azərbaycandır. Və nida işarəsi”.

Yenixeber.org: Bu sözləri Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Prezident çıxışında bildirib:

“Daimi müzakirə mövzularından biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qeyd etməliyəm ki, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır.

Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Deyim ki, münaqişə ilə əlaqədar kifayət qədər geniş fikirlər mövcuddur, əksər hallarda onlar reallığı əks etdirmir.

Beləliklə, aydınlaşdırmaq üçün deməliyəm ki, 1921-ci ildə Koordinasiya bürosunun qərarı sözün həqiqi mənasında Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət idi, ermənilərin dediyi kimi, kiməsə ötürməkdən yox.

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.

Başqa sözlərlə desək, etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam