Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Penitensiar Xidmət:“Cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”

 

Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org:  Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: “Heç bir işgəncədən söhbət gedə bilməz. Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində işgəncə faktı ola bilməz. Bu, çox absurd iddiadır. Hər bir cəzaçəkmə müəssisəsində “Qaynar Xətt” var. İşgəncəyə məruz qalan dustaq varsa, o “Qaynar Xətt”lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər. Ora gələn müraciətlər dərhal yoxlanılır. Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”

Qeyd edək ki, sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun dustaqlara işgəncə verməsi ilə bağlı məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam