Redaktor seçimi
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı-
Günün xəbəri

Rəcəb Tayyip Ərdoğan:“Kəşmir açıq havada həbsxanaya çevrilib”

 

“Kəşmir açıq havada həbsxanaya çevrilib. Kəşmirə giriş-çıxış qadağan edilib”.

Yenixedber.org: “Habertürk”ün verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Pakistan Baş Naziri İmran Xanla birgə Nyu-Yorkda qatıldığı tədbirdə çıxışı zamanı deyib.

“Ən əsası, baş verənlərin fonunda Hindistan Xarici İşlər naziri, Hindistanın Türkiyədəki səfiri bizim Kəşmirlə bağlı mövqeyimizin düzgün olmadığı qənaətindədirlər. Məgər biz onlardan icazə alaraq, siyasətimizi müəyyən etməliyik?!”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

O qeyd edib ki, Türkiyə artmaqda olan islam düşmənçiliyinə qarşı mübarizəni davam etdirəcək: “İslam barış dinidir. Cəmmu və Kəşmirdə müsəlmanların haqlarını sona qədər qorumaq bizim əsas məqsədimizdir”.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq, birbaşa federal hökumət tərəfindən idarə olunur. Cəmmu və Kəşmirin bir sıra bölgələrində Hindistan hökumətinin bu qərarına qarşı kütləvi etirazlar keçirilib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}