Redaktor seçimi
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Günün xəbəri

“Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsinin E L A N I

“Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsinin E L A N I

 

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14  yanvar tarixindən  31 yanvar tarixinə qədər “Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsinin E L A N I

 

 

"Xeberinfo.com":  Müsabiqənin məqsədi:

 

Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

 

Müsabiqənin mövzusu:

 

    “ Təmiz Binəqədi –Təmiz İdeya”

 

Müsabiqədə iştirak:

 

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:

 

Dərc olunmuş yazıların sərlövhələri mövzuya uyğun olmalı

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər

Qəzetdə dərc olunmuş yazıda “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

 

Yazıların qəbul qaydaları:

 

Yazı KİV-də yayımlandıqdan sonra müəllif tərəfindən şəxsən Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunmalıdır.

Yazının elektron variantı (Times New Roman (12) şriftində CD diskdə) – 1 nüsxə

 

 Qiymətləndirmə meyarları

 

Müəllif mövzuya istənilən rakursdan yanaşmaqla yaradıcı potensialını nümayiş etdirməli.

 

 

 

Mükafatlandırma

 

Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaqdır. Əlavə hər hansı tələb və şərt qoyulmur.

 

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr