Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkəmizdə 38 milyon manata bank satıldı

 

Bir müddət öncə lisenziyası bərpa olunan "Kövsər Bank"ın səhmlərinin böyük hissəsi şirkətlərdən birinə satılıb

 

"Xeberinfo.com":  Məlumata görə, dekabrın 25-də Bakı Fond Birjasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin aldığı bildirilir.
 
“Synergy Group” ASC-nin İdarə Heyətinin sədri  Kamran Abbasov bu barədə məlumat verə bilməyəcəyini deyib: “Biz 3 ildir bank almaq istəyirdik. Amma hazırda “Kövsər Bank” barədə Sizə bir məlumat verə bilməyəcəm. Səhmdarlar ilə danışdıqdan sonra əlavə məlumat təqdim edərəm”.
 
“Marja” öz kanalları vasitəsilə məlumatın doğru olduğunu müəyyənləşdirib.
 
Qeyd edək ki, bir müddət əvvəl  “Kövsər Bank” İdarə Heyətinin sədri Heydər İbrahimov bildirmişdi ki, “Kövsər Bank” səhmlərinin 76%-ni kənar investora satıb.  Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.
 
Dekabrın 25-də Bakı Fond Birjasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kaitalı 12.02 milyon manatdan 50.02 milyon manata yüksəlib.
 
Azərbaycan Mərkəzi Bankı (AMB) “Kövsər Bank”ın lisenziyasını bu ilin aprelində bərpa etmişdi. “Kövsər Bank” ASC 1989-cu ildə “Universal Bank” kimi yaradılıb. “Kövsər Bank” islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərirdi və faizlə kredit vermirdi. Bankın prinsipini dəyişib-dəyişməyəcəyi məlum deyil.
marja

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam