Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yunanıstanda 1985-ci ildə təyyarənin qaçırılması faktına görə axtarılan şəxs həbs edilib -FOTO

 

 

​Yunanıstanda 1985-ci ildə təyyarənin qaçırılması faktına görə axtarılan şəxs həbs edilib

Yunanıstan polisi 1985-ci ildə təyyarəni silahlı yolla ələ keçirdiyi üçün axtarışda olan cinayətkarı həbs edib.

Yenixeber.org: "Proto tema" nəşri xəbər verir ki, bu barədə Egey dənizinin Cənub hissəsinin Polis İdarəsi bildirib.

Bildirilir ki, Mikonosda Almaniyanın hüquq-mühafizə oranlarının orderi üzrə 65 yaşlı əcnəbi saxlanılıb. O, terrorçuluqda - konkret olaraq 1985-1987 ildə aviapiratlıqda və insan oğurluğunda ittiham edilir.

"Saxlanılan şəxs məhkəməyə təqdim edilib və onun barəsində həbs qərarı qəbul olunub", - deyə polis bildirib.

Terrorçular 1985-ci ilin 14 iyununda Afinadan Romaya uçan "Trans World Airlines" şirkətinin "Boeing 727" təyyarəsini ələ keçiriblər. Onlar pilotları Beyruta uçmağa məcbur etdilər. Terrorçular İsrail və cənubi Livan həbsxanalarından bir neçə yüz məhbusun azad edilməsini tələb ediblər. Təyyarənin 8 nəfərlik ekipaj üzvü və 145 sərnişini 17 gün terrorçuların girovu olub. Terror aktı zamanı Amerika dəniz piyadası öldürülüb.

Həmin vaxt girovların arasında dünya üzrə məşhur müğənni Demis Russos da olub.

Nəşr xatırladıb ki, təyyarə 1985-ci ilin iyununda ələ keçirilib. Cinayətkarlar təyyarəni əvvəlcə Beyruta aparıblar. Həmin şəhərdə bir neçə sərnişin, o cümlədən müğənni Demis Russos azad edilib. Cinayətkarlardan bəziləri 2 il sonra - 1987-ci ildə Beyrutda həbs ediliblər. Lakin Yunanıstanda bu günlərdə həbs edilmiş cinayətkarı yaxalamaq həmin illər hüquq-mühafizə orqanlarına nəsib olmayıb. 

"Proto tema" nəşri bildirib ki, saxlanılan şəxs livanlıdır. O, "Hizbullah"la əlaqəli olduğu üçün 34 il beynəlxalq prokurorlar tərəfindən axtarışda olub.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam