Tramp İranla müharibə etmək istəmir
ABŞ prezidenti Donald Tramp İranla müharibə etmək fikrində olmadığını söyləyib.
Yenixeber.org: Rus mətbuatı bildirir ki, bu barədə o, San-Diyeqoda jurnalsitlərə müsahibəsində açıqlayıb. O bildirib ki, hazırda vəziyyətlə bağlı bir neçə variantı düşünür.
“Biz hazırda çox vacib mövqe tutmuşuq”, -deyə Tramp əlavə edib.
Prezidentin sözlərinə görə, söhbət hərbi müdaxilədən getmir.