Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq" —Cənubi Azərbaycanın milli lideri

 

 

Cənubi Azərbaycan mili hərəkatının liderlərindən biri olan Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.

 Yenixeber.org: Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.


Məhkəmənin son söz verdiyi Abbas Lisani deyib:


"Hökm ömür boyu və hətta edam da olsa, öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm. Əgər həqiqətən ədalətiniz varsa,bu qapıları açın, xalq və dünya bu məhkəməni görsün. Azərbaycan milli hərəkatı göbələk kimi yerdən çıxmayıb. Ən azı 1 əsrdən bəri Türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb. Buna görə hər bir Azərbaycan Türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollardan göstərməkdə tamamilə haqlıdır. Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaqdır".


Appelyasiya məhkəməsi hökmün oxunacağına dair hər hansı tarix elan etməyib.


Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə, İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib.(turan)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam