Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabah -Bakıda güclü külək əsəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 19-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam