Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prezident Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib

 

 

 

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib
"Xeberinfo.com":  Məlumata görə, prezident İlham Əliyev Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Bildirilib ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.
Dövlət başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izlədi, hazır məhsullara baxıb. Azərbaycan prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik edib. Sonda xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb. Daha sonra dövlət başçısı beton məmulatı zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev zavodu işə salıb. Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam