Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

AQTA :Yararsız qida satanlara qarşı tədbirlər davam etdiriləcək

AQTA : Yararsız qida satanlara qarşı tədbirlər davam etdiriləcək
Sentyabrın 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) regional bölmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Yenixeber.org:    AQTA-dan  verilən məlumata görə, tədbirdə insan sağlamlığı üçün təhlükə yarada biləcək qida məhsullarının istehsalı, emalı və satışı, habelə mənşəyi məlum olmayan heyvan mənşəli qidaların dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, bundan sonra da mənşəyi məlum olmayan, insan istehlakı üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarınının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək.

Bununla yanaşı ictimai iaşə və heyvan mənşəli məhsulların emalını həyata keçirən sahibkarlıq subyektlərinin yalnız baytarlıq nəzarətindən keçmiş məhsullardan istifadə etmələri istiqamətində təlimatlandırılması, onlarla keçirilən maarifləndirmə tədbirlərinin sayının artırılması qərara alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam