Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO

“Qaraheybət” Təlim Mərkəzində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun ƏİK kəşfiyyat bölüyünün 2-ci səviyyəli və Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi keçirilib.

Yenixeber.org:   Müdafiə Nazirliyindən verilən məlumata görə, Kəşfiyyat bölüyünün qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib. Hərbi Hava Qüvvələrinə aid Mi-17 helikopter cütlüyü isə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələri tərəfindən qiymətləndirilib.

Təlimlərin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.

Qeyd edək ki, bu təlimdə Azərbaycan Ordusu ilk dəfə olaraq ƏİK proqramı çərçivəsində quru qoşunları və hərbi hava qüvvələri bölmələrinin əməliyyatlar zamanı birgə fəaliyyətini praktiki olaraq icra edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam