Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Qarabağa qanunsuz gedənlərə - çağırış edildi

Qarabağa qanunsuz gedənlərə çağırış edildi
“Qondarma, cinayətkar, xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədiylə öz işğal nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.
Yenixeber.org: Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, separatçı rejim bunun üçün qondarma seçkilər keçirir:

“Onlar bir-iki deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Onların bu təxribatlarının heç bir nəticəsi olmayacaq”.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə çağırış edib: "Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən beynəlxalq təşkilatların və media orqanlarının nümayəndələrinə çağırış edirik ki, Azərbaycanın əzəli torpaqları olan və hazırda işğal altında saxlanılan ərazilərinə qanunsuz səfərlər etməsinlər. Bu səfərlərin heç bir hüquqi əsası yoxdur".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam