Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əli Kərimlinin mühafizəçisini naməlum istiqamətdə aparıblar

 

Əli Kərimlinin mühafizəçisini naməlum istiqamətdə aparıblar
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli yoxa çıxıb.
Yenixeber.org: AXCP-nin Gənclər komitəsinin sədri Emil Səlim saytımıza bildirdi ki, R.Əmirlini Milli Onkologiya Mərkəzinin qarşısından tutaraq naməlum istiqamətə aparıblar. Artıq bir saatdan artıqdır ondan xəbər yoxdur.
"Ruslan Əmirli bir neçə gün öncə özünü "fədailər"in rəhbəri adlandıran, sosial şəbəkələrdə əlində silah şəkillərini paylaşan Fuad Muradov tərəfindən ölümlə təhdid edilmişdi. Ruslanın başına gələcək hər hansı bir hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. Hüquq mühafizə orqanlarından məlumat gözləyirik" - Emil Səlim qeyd edib.
R.Əmirlinin saxlanılması haqda hələlik rəsmi məlumat yoxdur.(criminal.az)  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam