Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

XİN erməni təxribatlarına cavab verdi

 

“Ermənistan tərəfindən məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək, münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirmək və işğal və təcavüz əsasında yaranmış mövcud status-kvonu saxlamaq siyasəti yürüdülür”. 

"Xeberinfo.com":  Məlumata görə, bu açıqlama ilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib. Onun sözlərinə görə siyasi, iqtisadi, demoqrafik və sosial böhran şəraitində olan Ermənistan eləcə də bu kimi əməlləri ilə ölkə ictimaiyyətinin diqqətini kəskin ölkədaxili problemlərdən yayındırmaq məqsədini güdür.

“Cəbhəyanı zonada gərginliyin, insan tələfatının və digər bu kimi halların baş verməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğudur. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistanın destruktiv siyasətinə və məqsədyönlü təxribatçı əməllərinə son qoymaq və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün Ermənistana münasibətdə məcburedici tədbirlərin görülməsi, o cümlədən BMT nizamnaməsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.  

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycan ordusu guya cəbhədə gərginliyi artırması haqqında dezinformasiyalar tirajlayır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam