Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çay evləri sakinləri narahat edir - Bakı polisi hərəkətə keçdi

Çay evləri sakinləri narahat edir - Bakı polisi hərəkətə keçdi
Paytaxt polisi sakinləri narahat edən problemlərin həlli üzrə tədbirləri davam etdirir.
Yenixeber.org:  Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevbildirib ki, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də tam aradan qaldırılıb. 

Xidmət rəisi qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis idarələrinin əməkdaşlarının keçirdikləri birgə profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib: “İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqazidd olması bildirilib”. 

E.Hacıyev əlavə edib ki, yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı baş idarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam